Ana içeriğe atla

“İçi boş Nazarbayev”

 


Gündəmi zəbt etmiş Qazaxıstan olayı yəqin hamının diqqətindədir. Kimsə bunun spontan olduğunu, kimsə isə xarici dövlətlərin geosiyasi oyunu olduğunu düşünür. Baş verən hadisələrin fonunda eks-prezident Nursultan Nazarbayevin, yəni “Elbaşı”-nın içi boş heykəlinin Taldıkurqan şəhərində aşırdılması elə-belə hal deyil.

Heykəl yıxmaq tarixin bütün dövrlərində məşhur olub. Orta Əsrlərdə də, indi də. Bəzən bunu vandallar edib, bəzən isə nədənsə narazı kütlə. Elə yaxın tarixdə ABŞ-da baş verən “heykəl müharibəsi”ndə nə qədər qurban olub. Dövlətin ən tanınmış şəxsiyyətlərinə quraşdırılmış heykəlləri aşırıblar.

Sanki bu heykəllərin bir lənəti var, heykəl yıxıldıqdan sonra mütləq dəyişiklik baş verir. Məqsədim heykəllərin tarixindən danışmaq deyil, əsas məsələ niyə heykəllərdən sonra xaos baş alıb getməyindədir.

Qayıdaq Nazarbayevə, onun heykəli boş olsa da, cibi həmişə dolu olub. Nazarbayevin yaxşı və ya pis lider olmağına qiymət vermək sadə bir azərbaycanlıya düşməz. Onun qiymətini qazax dostlarımız yaxşı bilir.

Gəlin ilk öncə “mərhum” Qazaxıstan Konstitusiyasından danışaq. Əslində hər hansısa ölkədə baş verənləri anlamaq üçün orada yaşamağa ehtiyac yoxdur, sadəcə o ölkənin konstitusiyasına baxmaq kifayətdir. Qazax xalqı 30 ildən çox müstəqillik tarixinə yalnız 2 prezident sığdıra bilib. Qazaxıstan Konstitusiyasının 41-ci maddəsinə görə prezident 5 illiyinə seçilir. Bəs niyə cəmi 2 prezident olub? Konstitusiyanın 42-ci maddəni diqqət yetirməyinə dəyər.

Maddə 42:

5. Eyni şəxs ardıcıl iki dəfədən artıq Respublika Prezidenti vəzifəsinə seçilə bilməz.

  - Bu məhdudiyyət Qazaxıstan Respublikasının Birinci Prezidentinə şamil edilmir.

Bu maddə Nazarbayevə 30 il hakimiyyətdə olmağa imkan verib. Sonra da özündən xeyli təcrübəsiz, zəif olan Tokayevi öz yerinə gətirib. Onu da yerindən tərpətmək üçün kiçik bir xaos, qiyam bəs edib. İllərlə yaradılan dövlət sistemi kiçik bir qarşıdurmaya davam gətirməyib, xarici orduların ölkəyə müdaxiləsi ilə nəticələndi. Qazaxıstan kimi bir böyük, imkanlı ölkənin dövlətçiliyi faktiki olaraq "sülhməramlıların" əlindədi. 5 dövlətin ordusu gəlib burada qayda-qanuna nəzarət edəcək. Qazax xalqının isə hələlik itirdiyi bir heykəl olub, özü də içi boş heykəl. Hər halda müstəqilliyi itirməkdən daha qorxulu deyil. Dövlət qurub onu başqasına vermək daha təhlükəlidir.  

Rəvan Əziz

Yorumlar

Ən çox oxunan

"Əcəl gəlmiş cahanə, baş ağrısı bəhanə"

Məmləkətin ya xəstəsi var, ya da bəhanəsi. Bu torpaqda yaşamaq üçün bir neçə inandırıcı bəhanə kifayətdi. Çünki qayda-qanunla həll olunası işlər burada bəhanə ilə həll olnur. Konstitusiyanı yazanda yəqin bu məqama vaqif olunub ki, “Qanunu bilməmək məsuliyyətdən azad etmir” cümləsi daxil edilib. Düşünülüb ki, bizim millətin xəstəsi var deyə qanunları bilməyəcək. Yəqin sıranı, yol hərəkəti qaydasını, karantin qaydasını, hətta orucu pozanın da xəstəsi var. Bakının isə xəstəsi yox, dərdi var. Bakının dərdi var, Bakı xəstədir, Könül intizarda, göz yol üstədir... (S.Vurğun) Şair demiş, mürgülü xatirələri oyatmamaq üçün bəhanəsiz getmək lazımdı. Başqa bir şair isə, ayrıca şəhəri olmadığı üçün yenə bu şəhərdə üz-üzə gəlib. Görünür xalqımızdakı bəhanələr ədəbiyyatda da öz yerini tapıb. Məktəbli olanda ya işığımız sönürdü, ya dəftərimiz evdə qalırdı. Müəllimin “özün niyə evdə qalmamısan” sualı ilə söhbət bağlanırdı. Bu yerdə ən pis olan dərslərdə əzbərçi olduğumuz kimi bəhanələrdə də əzbərçi olm

Ağlar, ağlamaz?

Hərbi münaqişələrdə rəqibin həmlələrini oxumaq çox vacibdir. Lakin cari müharibədə görürük ki, rəqiblərin başı var, amma oxumur. Hər oxuyandan da Molla Pənah olmaz.  Bu günlərdə hamının tanış olduğu Rusiya-Ukrayna davası bəyanatsız ötüşmür. Hər gün kostyumlu oğlanlar digər kostyumlu oğlanları qınayır. Müharibəni qınamaq və tərəfləri atəşkəsə çağırmaq isə beynəlxalq təşkilatların peşəsidir. Belə peşəyə biz sahib olsaq, dünyanın ən varlı milləti olarıq. Bizim ictiami qınaq pulsuzdu. Buradan dünyaya səslənirəm, gəlin, birlikdə qınayaq, bəlkə dünya düzələr. Görülən tədbirlər nəticəsinə xaricdə səfərdə olmayan vətəndaşlar dünyanı gəzir. Məsələn, suriyalılar Türkiyəni, ukraynalılar Polşanı, əfqanlar isə çox ölkələrdə "səfərdə" oldular. Deyəsən, ölkəsində müharibə gedən vətəndaşlar bizim “Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı” sözünü eşidəndən sonra, o biri dünyaya gedib.  Dünyada baş verənlər qarşısında dünyanın düz vaxtı söz demək olmurdu. Çoxları çətinlik qarşısında ya ağlayır,