Bakının dərdi var, Bakı xəstədir,
Könül intizarda, göz yol üstədir... (S.Vurğun)
Şair demiş, mürgülü xatirələri oyatmamaq üçün bəhanəsiz getmək lazımdı. Başqa bir şair isə, ayrıca şəhəri olmadığı üçün yenə bu şəhərdə üz-üzə gəlib. Görünür xalqımızdakı bəhanələr ədəbiyyatda da öz yerini tapıb. Məktəbli olanda ya işığımız sönürdü, ya dəftərimiz evdə qalırdı. Müəllimin “özün niyə evdə qalmamısan” sualı ilə söhbət bağlanırdı. Bu yerdə ən pis olan dərslərdə əzbərçi olduğumuz kimi bəhanələrdə də əzbərçi olmağımızdı. Bəhanələr isə zamana qalib gərərək, dəyişməz qalıb.
Hamımızın xəstəsi var deyə tələsirik. Hətta bəzən “bu gün mən görüşə tələsirəm” deyəndə, yağışa yağma deməkdən çəkinmirik. Bu xalqı ən çox tələsdirən isə reklam şirkətləridi. Nədənsə həmişə yerlər məhdud olur, və bizi düşünən şirkətlər, “qayğı”larını əsirgəmir. Millətin yeganə tələsməyən nümayəndəsi, deyəsən, Təhminənin Zaurudu.
Yazını daha da rəvan edərdim, lakin getməliyəm. Ola bilsin ki, bu zaman oxucular fikirləşir: “Getmək istəyirsən, bəhanəsiz get”.
Rəvan Əziz
https://postmedia.az/xeber/ecel_gelmis_cahane_bas_agrisi_behane_366
Bəhanələri tərgidə bilərik- deyirsən?
YanıtlaSilƏn çətin ilk addımı atmaqdı
SilBəhanələri tərgitmək üçün lazım olan şəraitin yaranması ümidi ilə yaşayaq.Biz görməsək də gorənlər oldu bəlkə...
YanıtlaSil