Ana içeriğe atla

3 günlük dünya

 

Mənim balam bu dünyayla oynama,
Sən cavansan dünya qoca dünyadı.

Ramiz Rövşən

 

Bilmirəm bunu kim xalqın ağlına salıb. Lakin uzun zamadır ki, bu fəlsəfəni həyatın mərkəzinə qoyanlar “dünya sənin, dünya mənim, dünya heç kimin” ideyası ilə yaşayır. Elə bil həyata “xaltura”ya gəliblər. Açığı maarifçilik ideyaları ilə tanış olanda görmək olur ki, biz yül il öncə də belə idik. Hələ də Sabirin, Mirzə Cəlilin, Axundzadənin tənqid etdiyi insanların yeni versiyaları həyatdadır. Deyəsən Məmməd Araz demiş, “yüz il qoşa atılsaq da qoşa düşmərik”. Çünki “bir taleyin oyununda cütlənmiş zərik”.

Gəlin indi “əyri oturaq, düz danışaq”. Ancaq “düz danışan düzdə qalar”. Düz danışmaq həmişə çətin olub. Təsadüfi deyil ki, çoxlarımız Ezop dilində danışırıq. Düz danışmaq çətin olduğu üçün 3 günlük dünyada heç kim düz danışmaq istəmir. Çünki həmişə insan müxtəlif fikirlərin təsirində qalır. Tarixdə qalmaq yoxsa həyatda qalmağın daha vacib olduğunu düşünmək lazım gəlir. Əlbəttə, çoxlarının həyatda qalmağı üçün kimsə tarixdə qalmalıdı.

Dünyanın 3 günlük olması insan davranışına çox ciddi təsir göstərir. Çoxu istəyir qısa müddətdə varlı olsun. Boş yerə “varlı olmağın 1234 qaydası” kitabı ən çox satılanlar siyahısında olmur. Ç.Darvin həyatda qalmaq uğrunda mübarizə ideyasından çıxış etsə də, görünən odur ki, Darvin tarixdə qalıb, biz isə həyatda qalmaq istəyirik.

3 günlük dünyanın 2-ci günündəsinizsə, tarixdə qalmaq üçün də, həyatda qalmaq üçün də 1 gün qalır. “Hər kəs həyatdan bir şey əldə etməyə çalışır. Amma heç kim həyata nəsə qatmağı düşünmür”. "Bəyaz zanbaqlar ölkəsi" Q.Petrov

Yorumlar

  1. Əslində hər kəs öz vəzifəsini düzgün icra etse, ( istər övlad kimi, ana ata kimi, vətəndaş kimi, işçi kimi və s.) həyatda qalmaqla tarixdə də qalarıq çox güman. Özümə birinci aid edirəm. İstisna yoxdur)

    YanıtlaSil

Yorum Gönder

Ən çox oxunan

"Əcəl gəlmiş cahanə, baş ağrısı bəhanə"

Məmləkətin ya xəstəsi var, ya da bəhanəsi. Bu torpaqda yaşamaq üçün bir neçə inandırıcı bəhanə kifayətdi. Çünki qayda-qanunla həll olunası işlər burada bəhanə ilə həll olnur. Konstitusiyanı yazanda yəqin bu məqama vaqif olunub ki, “Qanunu bilməmək məsuliyyətdən azad etmir” cümləsi daxil edilib. Düşünülüb ki, bizim millətin xəstəsi var deyə qanunları bilməyəcək. Yəqin sıranı, yol hərəkəti qaydasını, karantin qaydasını, hətta orucu pozanın da xəstəsi var. Bakının isə xəstəsi yox, dərdi var. Bakının dərdi var, Bakı xəstədir, Könül intizarda, göz yol üstədir... (S.Vurğun) Şair demiş, mürgülü xatirələri oyatmamaq üçün bəhanəsiz getmək lazımdı. Başqa bir şair isə, ayrıca şəhəri olmadığı üçün yenə bu şəhərdə üz-üzə gəlib. Görünür xalqımızdakı bəhanələr ədəbiyyatda da öz yerini tapıb. Məktəbli olanda ya işığımız sönürdü, ya dəftərimiz evdə qalırdı. Müəllimin “özün niyə evdə qalmamısan” sualı ilə söhbət bağlanırdı. Bu yerdə ən pis olan dərslərdə əzbərçi olduğumuz kimi bəhanələrdə də əzbərçi olm

“İçi boş Nazarbayev”

  Gündəmi zəbt etmiş Qazaxıstan olayı yəqin hamının diqqətindədir. Kimsə bunun spontan olduğunu, kimsə isə xarici dövlətlərin geosiyasi oyunu olduğunu düşünür. Baş verən hadisələrin fonunda eks-prezident Nursultan Nazarbayevin, yəni “Elbaşı”-nın içi boş heykəlinin Taldıkurqan şəhərində aşırdılması elə-belə hal deyil. Heykəl yıxmaq tarixin bütün dövrlərində məşhur olub. Orta Əsrlərdə də, indi də. Bəzən bunu vandallar edib, bəzən isə nədənsə narazı kütlə. Elə yaxın tarixdə ABŞ-da baş verən “heykəl müharibəsi”ndə nə qədər qurban olub. Dövlətin ən tanınmış şəxsiyyətlərinə quraşdırılmış heykəlləri aşırıblar. Sanki bu heykəllərin bir lənəti var, heykəl yıxıldıqdan sonra mütləq dəyişiklik baş verir. Məqsədim heykəllərin tarixindən danışmaq deyil, əsas məsələ niyə heykəllərdən sonra xaos baş alıb getməyindədir. Qayıdaq Nazarbayevə, onun heykəli boş olsa da, cibi həmişə dolu olub. Nazarbayevin yaxşı və ya pis lider olmağına qiymət vermək sadə bir azərbaycanlıya düşməz. Onun qiymətini qaza

Ağlar, ağlamaz?

Hərbi münaqişələrdə rəqibin həmlələrini oxumaq çox vacibdir. Lakin cari müharibədə görürük ki, rəqiblərin başı var, amma oxumur. Hər oxuyandan da Molla Pənah olmaz.  Bu günlərdə hamının tanış olduğu Rusiya-Ukrayna davası bəyanatsız ötüşmür. Hər gün kostyumlu oğlanlar digər kostyumlu oğlanları qınayır. Müharibəni qınamaq və tərəfləri atəşkəsə çağırmaq isə beynəlxalq təşkilatların peşəsidir. Belə peşəyə biz sahib olsaq, dünyanın ən varlı milləti olarıq. Bizim ictiami qınaq pulsuzdu. Buradan dünyaya səslənirəm, gəlin, birlikdə qınayaq, bəlkə dünya düzələr. Görülən tədbirlər nəticəsinə xaricdə səfərdə olmayan vətəndaşlar dünyanı gəzir. Məsələn, suriyalılar Türkiyəni, ukraynalılar Polşanı, əfqanlar isə çox ölkələrdə "səfərdə" oldular. Deyəsən, ölkəsində müharibə gedən vətəndaşlar bizim “Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı” sözünü eşidəndən sonra, o biri dünyaya gedib.  Dünyada baş verənlər qarşısında dünyanın düz vaxtı söz demək olmurdu. Çoxları çətinlik qarşısında ya ağlayır,