Ana içeriğe atla

Antisiyasi şərh



Tarixin hər dövründə insanlar müxtəlif cür adlandırılıb. İlk vaxtlar insana "homo erektus", sonra isə "homo sapiens" adını verdilər. Müasir dövrdə sadə adları özümüz, fəxri adları prezident verir. Görəsən, Dədə Qorqud yaşasaydı, Ukrayna-Rusiya müharibəsinə nə ad verərdi? Çünki "adsız dəyirmanda xoruz olur". Putinin isə Fransa ilə arası pisdi.

Dədə Qorqud ayrana-doyuran deməyində olsun, biz keçək sərhəddən şimala. Allah rəhmət eləmiş Qoqol indi qəbrində bilmir neynəsin. Yazıq tərəf də tuta bilmir ki, həm Ukrayna həm Rusiyanın ölməz sənətkarıdı. Çarın dövründə özünə palto ala bilməyən məmurdan yazanda yəqin bilməzdi ki, indiki məmurun palto fabriki ola bilər.

Müharibə Ukrayna ərazində baş versə də, "vəziyyət rusca"dı. İndi yazıq Putin yuxarı tüpürsə bığdı, aşağı tüpürsə saqqaldı. Lakin Putində bunlardan heç biri yoxdu. Sözümün canı odur ki, hər şey ola bilər. 20-cı əsrdə atomu alimlər parçalasa da, indi atomu Putin parçalaya bilər. Onsuz tarixin ən böyük atom faciəsi də Ukraynada baş verib. Bir növ bu ölkəni laboratoriya siçanına çeviriblər.

Ukraynanın xalq artisti Zelenski isə elə hörmət qazanıb ki, danışanda Avropa ayağa qalxır. Əvvəl Rusiyanı ayağa qaldırdı, indi isə Avropanı. Ukraynaya “nöyüt” versək də, gərək "xalxın uşağına" baxıb gözümüzə su verək. 

Yeri gəlmişkən, bu yazım tarixə qara hərflərlə yazılacaq. Başqa hərflərlə görsəniz, xəbər edin.

Rəvan Əziz

https://postmedia.az/xeber/antisiyasi_serh_20022

Yorumlar

Ən çox oxunan

"Əcəl gəlmiş cahanə, baş ağrısı bəhanə"

Məmləkətin ya xəstəsi var, ya da bəhanəsi. Bu torpaqda yaşamaq üçün bir neçə inandırıcı bəhanə kifayətdi. Çünki qayda-qanunla həll olunası işlər burada bəhanə ilə həll olnur. Konstitusiyanı yazanda yəqin bu məqama vaqif olunub ki, “Qanunu bilməmək məsuliyyətdən azad etmir” cümləsi daxil edilib. Düşünülüb ki, bizim millətin xəstəsi var deyə qanunları bilməyəcək. Yəqin sıranı, yol hərəkəti qaydasını, karantin qaydasını, hətta orucu pozanın da xəstəsi var. Bakının isə xəstəsi yox, dərdi var. Bakının dərdi var, Bakı xəstədir, Könül intizarda, göz yol üstədir... (S.Vurğun) Şair demiş, mürgülü xatirələri oyatmamaq üçün bəhanəsiz getmək lazımdı. Başqa bir şair isə, ayrıca şəhəri olmadığı üçün yenə bu şəhərdə üz-üzə gəlib. Görünür xalqımızdakı bəhanələr ədəbiyyatda da öz yerini tapıb. Məktəbli olanda ya işığımız sönürdü, ya dəftərimiz evdə qalırdı. Müəllimin “özün niyə evdə qalmamısan” sualı ilə söhbət bağlanırdı. Bu yerdə ən pis olan dərslərdə əzbərçi olduğumuz kimi bəhanələrdə də əzbərçi olm

“İçi boş Nazarbayev”

  Gündəmi zəbt etmiş Qazaxıstan olayı yəqin hamının diqqətindədir. Kimsə bunun spontan olduğunu, kimsə isə xarici dövlətlərin geosiyasi oyunu olduğunu düşünür. Baş verən hadisələrin fonunda eks-prezident Nursultan Nazarbayevin, yəni “Elbaşı”-nın içi boş heykəlinin Taldıkurqan şəhərində aşırdılması elə-belə hal deyil. Heykəl yıxmaq tarixin bütün dövrlərində məşhur olub. Orta Əsrlərdə də, indi də. Bəzən bunu vandallar edib, bəzən isə nədənsə narazı kütlə. Elə yaxın tarixdə ABŞ-da baş verən “heykəl müharibəsi”ndə nə qədər qurban olub. Dövlətin ən tanınmış şəxsiyyətlərinə quraşdırılmış heykəlləri aşırıblar. Sanki bu heykəllərin bir lənəti var, heykəl yıxıldıqdan sonra mütləq dəyişiklik baş verir. Məqsədim heykəllərin tarixindən danışmaq deyil, əsas məsələ niyə heykəllərdən sonra xaos baş alıb getməyindədir. Qayıdaq Nazarbayevə, onun heykəli boş olsa da, cibi həmişə dolu olub. Nazarbayevin yaxşı və ya pis lider olmağına qiymət vermək sadə bir azərbaycanlıya düşməz. Onun qiymətini qaza

Ağlar, ağlamaz?

Hərbi münaqişələrdə rəqibin həmlələrini oxumaq çox vacibdir. Lakin cari müharibədə görürük ki, rəqiblərin başı var, amma oxumur. Hər oxuyandan da Molla Pənah olmaz.  Bu günlərdə hamının tanış olduğu Rusiya-Ukrayna davası bəyanatsız ötüşmür. Hər gün kostyumlu oğlanlar digər kostyumlu oğlanları qınayır. Müharibəni qınamaq və tərəfləri atəşkəsə çağırmaq isə beynəlxalq təşkilatların peşəsidir. Belə peşəyə biz sahib olsaq, dünyanın ən varlı milləti olarıq. Bizim ictiami qınaq pulsuzdu. Buradan dünyaya səslənirəm, gəlin, birlikdə qınayaq, bəlkə dünya düzələr. Görülən tədbirlər nəticəsinə xaricdə səfərdə olmayan vətəndaşlar dünyanı gəzir. Məsələn, suriyalılar Türkiyəni, ukraynalılar Polşanı, əfqanlar isə çox ölkələrdə "səfərdə" oldular. Deyəsən, ölkəsində müharibə gedən vətəndaşlar bizim “Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı” sözünü eşidəndən sonra, o biri dünyaya gedib.  Dünyada baş verənlər qarşısında dünyanın düz vaxtı söz demək olmurdu. Çoxları çətinlik qarşısında ya ağlayır,