Ana içeriğe atla

Xüsusi təyinatlı köşə (XTK)



Hazırki dövrün insanlarını başı dolu, cibi boş və cibi dolu, başı boş olmaqla iki yerə ayıra bilərik. Təhsilin, səhiyyənin, qanunun və buna bənzər sadalamaq mümkün olan məfhumların "üstü bəzək, altı təzək" olduğunu nəzərə alsaq, bu normaldır. Uzun zaman öncə Nizami kimi dahinin kamil palançını, yarımçıq papaqçıdan üstün tutduğunu bildiyimiz halda ,demək olar ki, hər şeyimiz yarımçıqdı. Deyəsən, uşaqlıqdan oxuduğumuz, düzgün hesab etdiyimiz əməllər ancaq tamadanın dilində toy məclisləri üçündür.

Cəmiyyətin niyə tiktokdan pul qazanmağı haqqında yazılan tənqidlərin heç bir mənası yoxdur. Çünki qəpiyə güllə atan xalqımız, canlı yayımda şir atmaqdan zövq alır. Adətən həm başı, həm cibi boş olan cəmiyyətin nümayəndələri, başqa sözlə desək "homo tiktokus"lar belə yarımçıq təhsilin məhsuludur. Bu yerdə qeyd edim ki, "homo sapiens"ləri idarə etmək "homo tiktokus"dan çətindir. 

Nəzərə alsaq ki, indi ucuz ölümün olduğu cəmiyyətlərdə ,adətən, yaşamaq baha olur. Bəzi mütəffəkirlərin fikrinə görə isə indi yaşamaq sərf eləmir. İndi insanların yaşamağın nə olduğu sualına cavab tapmağa vaxtı yoxdur. Monotonlaşmış həyat beton binadan çıxıb digər beton binaya və geriyə hərəkətdən ibarətdir. Bu trayektoriyaya isə işə getmək adı verilib.

Oğurluğun artığı dövrümüzdə hər hansısa əmlakı oğurlamaq, gələcək oğurlamaq qədər təhlükəli deyil. Çünki əmlakın dəyərini pulla ödəmək olur, gələcəyi ödəmək üçün isə illər lazımdır. 

Rəvan Əziz


Yorumlar

Ən çox oxunan

"Əcəl gəlmiş cahanə, baş ağrısı bəhanə"

Məmləkətin ya xəstəsi var, ya da bəhanəsi. Bu torpaqda yaşamaq üçün bir neçə inandırıcı bəhanə kifayətdi. Çünki qayda-qanunla həll olunası işlər burada bəhanə ilə həll olnur. Konstitusiyanı yazanda yəqin bu məqama vaqif olunub ki, “Qanunu bilməmək məsuliyyətdən azad etmir” cümləsi daxil edilib. Düşünülüb ki, bizim millətin xəstəsi var deyə qanunları bilməyəcək. Yəqin sıranı, yol hərəkəti qaydasını, karantin qaydasını, hətta orucu pozanın da xəstəsi var. Bakının isə xəstəsi yox, dərdi var. Bakının dərdi var, Bakı xəstədir, Könül intizarda, göz yol üstədir... (S.Vurğun) Şair demiş, mürgülü xatirələri oyatmamaq üçün bəhanəsiz getmək lazımdı. Başqa bir şair isə, ayrıca şəhəri olmadığı üçün yenə bu şəhərdə üz-üzə gəlib. Görünür xalqımızdakı bəhanələr ədəbiyyatda da öz yerini tapıb. Məktəbli olanda ya işığımız sönürdü, ya dəftərimiz evdə qalırdı. Müəllimin “özün niyə evdə qalmamısan” sualı ilə söhbət bağlanırdı. Bu yerdə ən pis olan dərslərdə əzbərçi olduğumuz kimi bəhanələrdə də əzbərçi olm

“İçi boş Nazarbayev”

  Gündəmi zəbt etmiş Qazaxıstan olayı yəqin hamının diqqətindədir. Kimsə bunun spontan olduğunu, kimsə isə xarici dövlətlərin geosiyasi oyunu olduğunu düşünür. Baş verən hadisələrin fonunda eks-prezident Nursultan Nazarbayevin, yəni “Elbaşı”-nın içi boş heykəlinin Taldıkurqan şəhərində aşırdılması elə-belə hal deyil. Heykəl yıxmaq tarixin bütün dövrlərində məşhur olub. Orta Əsrlərdə də, indi də. Bəzən bunu vandallar edib, bəzən isə nədənsə narazı kütlə. Elə yaxın tarixdə ABŞ-da baş verən “heykəl müharibəsi”ndə nə qədər qurban olub. Dövlətin ən tanınmış şəxsiyyətlərinə quraşdırılmış heykəlləri aşırıblar. Sanki bu heykəllərin bir lənəti var, heykəl yıxıldıqdan sonra mütləq dəyişiklik baş verir. Məqsədim heykəllərin tarixindən danışmaq deyil, əsas məsələ niyə heykəllərdən sonra xaos baş alıb getməyindədir. Qayıdaq Nazarbayevə, onun heykəli boş olsa da, cibi həmişə dolu olub. Nazarbayevin yaxşı və ya pis lider olmağına qiymət vermək sadə bir azərbaycanlıya düşməz. Onun qiymətini qaza

Ağlar, ağlamaz?

Hərbi münaqişələrdə rəqibin həmlələrini oxumaq çox vacibdir. Lakin cari müharibədə görürük ki, rəqiblərin başı var, amma oxumur. Hər oxuyandan da Molla Pənah olmaz.  Bu günlərdə hamının tanış olduğu Rusiya-Ukrayna davası bəyanatsız ötüşmür. Hər gün kostyumlu oğlanlar digər kostyumlu oğlanları qınayır. Müharibəni qınamaq və tərəfləri atəşkəsə çağırmaq isə beynəlxalq təşkilatların peşəsidir. Belə peşəyə biz sahib olsaq, dünyanın ən varlı milləti olarıq. Bizim ictiami qınaq pulsuzdu. Buradan dünyaya səslənirəm, gəlin, birlikdə qınayaq, bəlkə dünya düzələr. Görülən tədbirlər nəticəsinə xaricdə səfərdə olmayan vətəndaşlar dünyanı gəzir. Məsələn, suriyalılar Türkiyəni, ukraynalılar Polşanı, əfqanlar isə çox ölkələrdə "səfərdə" oldular. Deyəsən, ölkəsində müharibə gedən vətəndaşlar bizim “Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı” sözünü eşidəndən sonra, o biri dünyaya gedib.  Dünyada baş verənlər qarşısında dünyanın düz vaxtı söz demək olmurdu. Çoxları çətinlik qarşısında ya ağlayır,