Ana içeriğe atla

Kayıtlar

Xüsusi təyinatlı köşə (XTK)

Hazırki dövrün insanlarını başı dolu, cibi boş və cibi dolu, başı boş olmaqla iki yerə ayıra bilərik. Təhsilin, səhiyyənin, qanunun və buna bənzər sadalamaq mümkün olan məfhumların "üstü bəzək, altı təzək" olduğunu nəzərə alsaq, bu normaldır. Uzun zaman öncə Nizami kimi dahinin kamil palançını, yarımçıq papaqçıdan üstün tutduğunu bildiyimiz halda ,demək olar ki, hər şeyimiz yarımçıqdı. Deyəsən, uşaqlıqdan oxuduğumuz, düzgün hesab etdiyimiz əməllər ancaq tamadanın dilində toy məclisləri üçündür. Cəmiyyətin niyə tiktokdan pul qazanmağı haqqında yazılan tənqidlərin heç bir mənası yoxdur. Çünki qəpiyə güllə atan xalqımız, canlı yayımda şir atmaqdan zövq alır. Adətən həm başı, həm cibi boş olan cəmiyyətin nümayəndələri, başqa sözlə desək "homo tiktokus"lar belə yarımçıq təhsilin məhsuludur. Bu yerdə qeyd edim ki, "homo sapiens"ləri idarə etmək "homo tiktokus"dan çətindir.  Nəzərə alsaq ki, indi ucuz ölümün olduğu cəmiyyətlərdə ,adətən, yaşamaq baha ol
En son yayınlar

Gedək üzü küləyə

Tarixin ilk dövrlərindən bəri insan və təbiət arasında çox ciddi mübarizə gedir. Di gəl, bu qarşıdurmanın qalibi olmur. Yaranma səbəbini bir çoxumuz bilsə də, elmdə havanın yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkətinə külək adı verilib. Təbii sərvətlərlə zəngin ölkəmizin coğrafi mövqeyi bizə külək enerjisindən effektiv istifadə etməyə imkan verir. Çünki yel dəyirmanlarında buğda üyüdən texnologiya bu günlərdə külək turbinlərində enerji “üyüdür”. Azərbaycanın mövcud külək enerji potensialından istifadə etməklə ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət etmək, eyni zamanda ətraf mühitə atılan zəhərli maddələrin miqdarını azalmaq olar. Son zamanlar imzalanan qanunvericilik aktlarında bərpaolunan enerji mənbələrindən istifadənin dövlətin xüsusi diqqətində olduğu görünür. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ində qeyd olunmuş 5 prioritetdən birinin “təmiz ətraf mühit və yaşıl artım ölkəsi”nə aid olduğu da təsadüfü deyil. Ötən il imzalanan

Ağlar, ağlamaz?

Hərbi münaqişələrdə rəqibin həmlələrini oxumaq çox vacibdir. Lakin cari müharibədə görürük ki, rəqiblərin başı var, amma oxumur. Hər oxuyandan da Molla Pənah olmaz.  Bu günlərdə hamının tanış olduğu Rusiya-Ukrayna davası bəyanatsız ötüşmür. Hər gün kostyumlu oğlanlar digər kostyumlu oğlanları qınayır. Müharibəni qınamaq və tərəfləri atəşkəsə çağırmaq isə beynəlxalq təşkilatların peşəsidir. Belə peşəyə biz sahib olsaq, dünyanın ən varlı milləti olarıq. Bizim ictiami qınaq pulsuzdu. Buradan dünyaya səslənirəm, gəlin, birlikdə qınayaq, bəlkə dünya düzələr. Görülən tədbirlər nəticəsinə xaricdə səfərdə olmayan vətəndaşlar dünyanı gəzir. Məsələn, suriyalılar Türkiyəni, ukraynalılar Polşanı, əfqanlar isə çox ölkələrdə "səfərdə" oldular. Deyəsən, ölkəsində müharibə gedən vətəndaşlar bizim “Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı” sözünü eşidəndən sonra, o biri dünyaya gedib.  Dünyada baş verənlər qarşısında dünyanın düz vaxtı söz demək olmurdu. Çoxları çətinlik qarşısında ya ağlayır,

Antisiyasi şərh

Tarixin hər dövründə insanlar müxtəlif cür adlandırılıb. İlk vaxtlar insana "homo erektus", sonra isə "homo sapiens" adını verdilər. Müasir dövrdə sadə adları özümüz, fəxri adları prezident verir. Görəsən, Dədə Qorqud yaşasaydı, Ukrayna-Rusiya müharibəsinə nə ad verərdi? Çünki "adsız dəyirmanda xoruz olur". Putinin isə Fransa ilə arası pisdi. Dədə Qorqud ayrana-doyuran deməyində olsun, biz keçək sərhəddən şimala. Allah rəhmət eləmiş Qoqol indi qəbrində bilmir neynəsin. Yazıq tərəf də tuta bilmir ki, həm Ukrayna həm Rusiyanın ölməz sənətkarıdı. Çarın dövründə özünə palto ala bilməyən məmurdan yazanda yəqin bilməzdi ki, indiki məmurun palto fabriki ola bilər. Müharibə Ukrayna ərazində baş versə də, "vəziyyət rusca"dı. İndi yazıq Putin yuxarı tüpürsə bığdı, aşağı tüpürsə saqqaldı. Lakin Putində bunlardan heç biri yoxdu. Sözümün canı odur ki, hər şey ola bilər. 20-cı əsrdə atomu alimlər parçalasa da, indi atomu Putin parçalaya bilər. Onsuz tarixin ən

3 günlük dünya

  Mənim balam bu dünyayla oynama, Sən cavansan dünya qoca dünyadı. Ramiz Rövşən   Bilmirəm bunu kim xalqın ağlına salıb. Lakin uzun zamadır ki, bu fəlsəfəni həyatın mərkəzinə qoyanlar “dünya sənin, dünya mənim, dünya heç kimin” ideyası ilə yaşayır. Elə bil həyata “xaltura”ya gəliblər. Açığı maarifçilik ideyaları ilə tanış olanda görmək olur ki, biz yül il öncə də belə idik. Hələ də Sabirin, Mirzə Cəlilin, Axundzadənin tənqid etdiyi insanların yeni versiyaları həyatdadır. Deyəsən Məmməd Araz demiş, “yüz il qoşa atılsaq da qoşa düşmərik”. Çünki “bir taleyin oyununda cütlənmiş zərik”. Gəlin indi “əyri oturaq, düz danışaq”. Ancaq “düz danışan düzdə qalar”. Düz danışmaq həmişə çətin olub. Təsadüfi deyil ki, çoxlarımız Ezop dilində danışırıq. Düz danışmaq çətin olduğu üçün 3 günlük dünyada heç kim düz danışmaq istəmir. Çünki həmişə insan müxtəlif fikirlərin təsirində qalır. Tarixdə qalmaq yoxsa həyatda qalmağın daha vacib olduğunu düşünmək lazım gəlir. Əlbəttə, çoxlarının həyatda q

"Əcəl gəlmiş cahanə, baş ağrısı bəhanə"

Məmləkətin ya xəstəsi var, ya da bəhanəsi. Bu torpaqda yaşamaq üçün bir neçə inandırıcı bəhanə kifayətdi. Çünki qayda-qanunla həll olunası işlər burada bəhanə ilə həll olnur. Konstitusiyanı yazanda yəqin bu məqama vaqif olunub ki, “Qanunu bilməmək məsuliyyətdən azad etmir” cümləsi daxil edilib. Düşünülüb ki, bizim millətin xəstəsi var deyə qanunları bilməyəcək. Yəqin sıranı, yol hərəkəti qaydasını, karantin qaydasını, hətta orucu pozanın da xəstəsi var. Bakının isə xəstəsi yox, dərdi var. Bakının dərdi var, Bakı xəstədir, Könül intizarda, göz yol üstədir... (S.Vurğun) Şair demiş, mürgülü xatirələri oyatmamaq üçün bəhanəsiz getmək lazımdı. Başqa bir şair isə, ayrıca şəhəri olmadığı üçün yenə bu şəhərdə üz-üzə gəlib. Görünür xalqımızdakı bəhanələr ədəbiyyatda da öz yerini tapıb. Məktəbli olanda ya işığımız sönürdü, ya dəftərimiz evdə qalırdı. Müəllimin “özün niyə evdə qalmamısan” sualı ilə söhbət bağlanırdı. Bu yerdə ən pis olan dərslərdə əzbərçi olduğumuz kimi bəhanələrdə də əzbərçi olm

Sovet dövrü şəkillərdə

Sovet dövrünü daha yaxşı başa düşmək üçün postsovet dövlətlərində çəkilmiş fotoşəkilləri, təbliğat plakatlarını, illüstrasiyaları və memarlıq şəkillərini sizə təqdim edirəm. 1. Postsovet Vizual. Foto: Tatyana Rodionova 2. Sovet açıqcası, 1955 3. Azərbaycan toyu, SSRİ, 1965 4. Postsovet Vizual. Moskva Metrosunda 5. "Biz oğullarımızı müharibə üçün böyütmürük!" Sovet plakatı, 1957 6. Kosmik səyahətindən qayıdan kosmik it. SSRİ, 1960-cı illər 7. Məktəb qələm qutusu, SSRİ, 1970-ci illər 8. Yuxu çantalarında olan uşaqlar günorta yatmağa aparılır, 1930-cu illər, SSRİ 9. Arktika meteorologiya bazasında 30 il Keçirmiş rus meteoroloqu. Foto: Evgeniya Arbuqaeva 10. Foto: Chris Niedenthal, Sofiya, Bolqarıstan Xalq Respublikası, 1985 11. Moskva, 1991-ci ilin avqust çevrilişi zamanı  12. Yakutskda bahar, 1967 13. Postsovet Vizual. Georgi Kurasovun "Qayıdış" tablosu, Rusiya, 2005-ci il 14.Sovet kosmonavtı Sergey Krikalev, 1991-ci ildə sovet ittifaqı dağılanda kosmosda idi. Foto: V